Kaspidə yanğın nəticəsində kişi dünyasını dəyişib
Kaspi bələdiyyəsində yanğın nəticəsində kişi dünyasını dəyişib. Məlumata görə, Does kəndində 60 yaşa qədər kişi üzümü alaqdan təmizləmək qərarına gəlib. Otun bir hissəsini bir yerə toplayıb və yarısını yandırıb.

Kişi alovlanan otun mühasirəsinə düşüb və çıxa bilməyib, yerindəcə dünyasını dəyişib. Yerlilərin məlumatına görə, üzümün sahibi güman ki, içkili vəziyyətdə olub.

Hadisə yerinə yanğınsödürən xidməti çağırılıb. Ancaq ona qədər qonşular yanğını söndürüb.

Baş verən hadisə ilə bağlı 188-ci maddənin 3-cü hissəsi ilə istintaq aparılır. Həmin maddə insan ölümünə səbəb olan, əşyaya zərər vurmaq yaxud onu məhv etməyi nəzərdə tutur.

Mənbə: inforustavi.ge
Print Email
FaceBook Twitter Google