İranın Səhiyyə nazirinin müavinində Koronavirus aşkarlanıb
İranın Səhiyyə nazirinin müavini Orac Harirçi yeni Koronavirusa yoluxub. Bu haqda məlumatı yerli və beynəlxalq media yayımlayıb.

AFP agentliyinin məlumatına görə, 24 fevral tarixidnə baş tutan brifinqdə nazir müavini İranda Koronavirusun yayılma miqyasından danışırmış və İranlı deputatın virusdan ölənlərin sayının 50-yə çatması və hakimiyyətin məlumatı gizləməyə çalışdığı haqda məlumatını inkar edirmiş.

AFP eləcə də məlumat verir ki, bazar ertəsi günü mətbuat konfrasnında nazir müavini tez-tez öskürür və tərini silirmiş.

İranın rəsmi müəssisələrinin məlumatına görə, 25 fevral tarixinə görə İranda yeni Kornavirusdan 16 nəfər dünyasını dəyişib, laboratoloji baxımdan virusa yoluxanların sayı isə 95 nəfər təsdiqlənib.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google