Marneulinin kəndlərində yaşayan pensiyaçılar gəlirsiz qalıblar.
Onlar pensiya almaq üçün şəhərə gedə bilmirlər.
Kəndlərə qocalar üçün pensiya aparan maşınları isə Liberti Bank 23
mart tarixində kənddən çıxarıb.
Hazırda Marneulili qocalar pensiyalarını yalnız şəhərdə olan
“Liberti Bank” filiallarından ala bilərlər. İctimai nəqliyyatın
hərəkəti qadağan olunduqdan sonra fiziki olaraq şəhər gələ bilən
adamlar da pensiya ala bilmir.
“Bu ayın pensiyasını hələ almamışam. Bilmirəm hökumət
buraxacaqmı ki, pensiyamızı alaq? Bilmirəm, birtəhər alarıq,
ehtiyaclarımız var, amma iki adam birgə necə gedək,
cərimələyirlər”.
“Kəndə maşın gəlmir, biz Marneuliyə necə gedək, bizim işimiz necə
olacaq?”
“Hələ pensiya almamışam, marşrutka yoxdur ki, gedək”.
“Mən getdim və aldım, amma nəyə yetir? Məhsul yoxdur, iş yoxdur.
Evdə otururuq.”
“Maşın daha gəlməyəcək? Qoca qadınam, bilmirəm maşın gəlməsə, nə
isə düşünüb getməliyəm ki, pensiyamı alım.” – Kürtlər
kənd sakini, pensiyaçı qadın öz problemini “Marneuli” radiosu ilə
bölüşür.
Liberti Bankın əməkdaşı Tenqo Svanidze deyir ki, şirkət bələdiyyədə
çalışan dörd maşını Marneuli bağlandıqdan sonra Tbilisiyə aparıb.
Hökumət tərəfindən qəbul olunan yeni tənzimləməyə görə, bir maşında
üçdən artıq adam oturmamalıdır. “Liberti Bank” hazırda hökumətlə
şirkət nümayəndələrinin yenidən kəndlərdə yaşayan sakinlərə pensiya
verə bilməsi üçün danışıqlar aparır.
Marneuli və Bolnisi bələdiyyələrində 23 mart tarixində sərt
karantin rejimi tətbiq olunub. Hökumət Marneulidə qadında
koronavirus aşkarlandıqdan sonra bu qərarı verib.