Kənddə yaşayan qocalar pensiyalarını ala bilmirlər
Marneulinin kəndlərində yaşayan pensiyaçılar gəlirsiz qalıblar. Onlar pensiya almaq üçün şəhərə gedə bilmirlər. Kəndlərə qocalar üçün pensiya aparan maşınları isə Liberti Bank 23 mart tarixində kənddən çıxarıb.

Hazırda Marneulili qocalar pensiyalarını yalnız şəhərdə olan “Liberti Bank” filiallarından ala bilərlər. İctimai nəqliyyatın hərəkəti qadağan olunduqdan sonra fiziki olaraq şəhər gələ bilən adamlar da pensiya ala bilmir.

“Bu ayın pensiyasını hələ almamışam. Bilmirəm hökumət buraxacaqmı ki, pensiyamızı alaq? Bilmirəm, birtəhər alarıq, ehtiyaclarımız var, amma iki adam birgə necə gedək, cərimələyirlər”.

“Kəndə maşın gəlmir, biz Marneuliyə necə gedək, bizim işimiz necə olacaq?”

“Hələ pensiya almamışam, marşrutka yoxdur ki, gedək”.

“Mən getdim və aldım, amma nəyə yetir? Məhsul yoxdur, iş yoxdur. Evdə otururuq.”

“Maşın daha gəlməyəcək? Qoca qadınam, bilmirəm maşın gəlməsə, nə isə düşünüb getməliyəm ki, pensiyamı alım.”
– Kürtlər kənd sakini, pensiyaçı qadın öz problemini “Marneuli” radiosu ilə bölüşür.



Liberti Bankın əməkdaşı Tenqo Svanidze deyir ki, şirkət bələdiyyədə çalışan dörd maşını Marneuli bağlandıqdan sonra Tbilisiyə aparıb. Hökumət tərəfindən qəbul olunan yeni tənzimləməyə görə, bir maşında üçdən artıq adam oturmamalıdır. “Liberti Bank” hazırda hökumətlə şirkət nümayəndələrinin yenidən kəndlərdə yaşayan sakinlərə pensiya verə bilməsi üçün danışıqlar aparır.

Marneuli və Bolnisi bələdiyyələrində 23 mart tarixində sərt karantin rejimi tətbiq olunub. Hökumət Marneulidə qadında koronavirus aşkarlandıqdan sonra bu qərarı verib.

"Marneuli" Radiosu
Print