Marneuli miqyasında 95 000 nəfər termoskrininqdən keçib. Bu
barədə məlumatı Marneuli meri Zaur Darğallı keçirdiyi brifinqdə
verib.
95 000 nəfərdən yalnız 45-də hərarət müşahidə olunub ki, onlardan
da 10 nəfərdə koronovirus üçün səciyyəvi olan əlamətlər qeydə
alınıb.
Marneuli merinin bildirdiyinə görə, 10 şübhəli halın hər birindən
analiz götürülüb və onların heç birində koronovirus
aşkarlanmayıb.
Marneuli meri 31 mart tarixində Marneulidə qeydə alınan
koronavirusa yoluxma halı barədə də söhbət açıb. Onun sözlərinə
görə, meriyanın nümayəndələri və Səhiyyə Nazirliyi həmin şəxsin
təmasda olduğu insanları artıq müəyyənləşdiriblər və onların hamısı
özünütəcriddədir.
“Bizim üçün ən mühüm istiqamətlərdən biri də ailələrə
köməkdir. Bu gün səhər saatlarına olan məlumata görə artıq 1 350
nəfər yardım alıb. Bu gün təxminən 1 300 ailəyə yenə yardım
veriləcək ki, bununla təxminən 2 700-dək ailə yardım almış
olacaq”, – Zaur Darğallı deyib və meriyanın ilkin
tələbat malları almasına və paylamasına köməklik göstərən özəl
sektor nümayəndələrinə təşəkkür edib.
Marneuli meri onu da qeyd etdi ki, bələdiyyə 2 700 ailə ilə
kifayətlənməyəcək və ehtiyacı olan hər bir ailəyə yardım
veriləcək.
Zaur Darğallı brifinqdə Gürcüstan hökumətinin mart, aprel və may
aylarında 200 kvt/saatdan az elektrik enerjisi və 200 kub metrdən
az təbii qaz istifadə edən abunəçilərin borclarının ödənilməsi ilə
bağlı qərarını da vurğulayıb.