Kvemo Bolnisidə (Kəpənəkçi) əlavə nəzarət buraxlış məntəqələri yaradılıb – DİN
Daxili İşlər Nazirliyinin məlumatına görə, Kvemo Bolnisidə əlavə nəzarət buraxlış məntəqələri yaradılıb.

“Adamların hərəkətinə nəzarət və vətəndaşların vəziyyətinin yoxlanılması məqsədi ilə DİN 24 saatlıq rejimdə məhdudiyyətlərə nəzarət edəcək. Polis şəhərlərin inzibati sərhədlərində şəxslərin hərəkətini və fövqəladə vəziyyətin sərtləşdirilmiş şərtlərinin yerinə yetirilməsini təmin edəcək.

Gürcüstan ərazisində yaşayan bütün şəxslər ictimai səhiyyə sahəsində qüvvədə olan Gürcüstan qanunvericiliyinin tələblərinə tabe olmalıdır”,
- DİN bildirir.

Fövqəladə vəziyyət çərçivəsində qəbul edilmiş qərarın tələblərinin icra olunması məqsədi ilə Tbilisi, Batumi, Kutaisi, Rustavi, Zuqdidi, Poti, Qori, Telavi və Axaltsixenin girişində nəzarət məntəqələri artıq yaradılıb.

Mənbə: publika.ge
Print Email
FaceBook Twitter Google