İnternet vasitəsilə qida məhsullarından başqa heç nə ala bilməzsiniz – hökumətin qərarı
Gürcüstan hökumətinin qərarına əsasən Gürcüstanda olan mağazalardan qida məhsullarından başqa onlayn heç nə almaq olmaz.
Bu haqda 2020-ci ilin 30 mart tarixində verilmiş 204 saylı sərəncamda qeyd olunub. Qeyd olunan sənədə əsasən Gürcüstanda koronavirusun yayılmasına qarşı qəbul olunan tədbirlər sərtləşdirilib.

Hökumətin sərəncamında fövqəladə vəziyyət zamanı çalışa biləcək obyektlər sadalanıb. Yolverilən işlər arasında qida çatdırma xidməti də var. Müvafiq olaraq başqa növ məhsulların çatdırılması dayandırılıb. Qeyd olunan məhdudiyyət fövqəladə vəziyyət bitənə qədər (21 aprelə qədər) qüvvədədir.

Hökumətin bu qərarı barədə fövqəladə vəziyyətin elan olunmasından – 21 mart tarixindən bu günə qədər onlayn satışları davam etdirən şirkətlər də məlumat yayıb.





Gürcüstanda koronavisursa görə 21 martdan fövqəladə rejim elan olunub və ərzaq mağazaları, aptek şəbəkələri, banklar, mikromaliyyə təşkilatları istisna olaraq obyektlərin böyük hissəsi bağlıdır. Bu gün, 1 aprel tarixində Baş nazirin yeni sərəncamı yayımlanıb. Sərəncamda bu şəraitdə çalışmağa davam edəcək şirkətlərin siyahısı qeyd olunub.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google