Koronavirusla bağlı xüsusi mobil proqram təminatı üzərində çalışırıq – Qabunia
Səhiyyə nazirinin müavini Tamar Qabunianın sözlərinə görə, Gürcüstanda mobil telefonlar üçün virusa yoluxmuş şəxsə yaxınlaşan halda vətəndaşa xəbərdarlıq edəcək proqram üzərində çalışırlar.

Qabunia bu barədə Qurumlararası Koordinasiya Şurasının bugünkü iclası başa çatdıqdan sonra bildirib. Dövlət bu kimi proqramların üzərində başqa ölkələr kimimi çalışır sualına Qabunia cavab verib:

“Əlbəttə, bizdə də bu modelin əsasının qoyulması planlaşdırılır. Bizim bu istiqamətdə Avstriya ilə koordinasiyamız var. Onlar öz modellərini bizimlə paylaşıblar, indi bizdə də bu modelin tətbiq olunması üçün bu modlein adaptasiyası, texniki təminatının necə olacağı üzərində çalışmalar aparılır”, – Qabunia bildirib.

Mənbə: publika.ge
Print Email
FaceBook Twitter Google