Gürcüstan Daxili İşlər naziri, Vaxtanq Qomelauri bəyan edir ki,
Gürcüstanda son zamanlar kriminal hallırının statistik
göstəriciləri azalıb.
Vaxtanq Qomelaurinin jurnalistlərə bəyan etdiyinə görə, kriminalın
artması barəsində yalan informasiya yayılır.
“Heçnə artmayıb. Bu yalan məlumatdır. Bir iki hallar var idi.
Ümumilikdə rəqəmlər azalıb. Bu gün üç dəfə artıq polis işçisi
çıxıb, buna qədər bir obyektdə 10 polis işçisi var idisə, indi
30-dur. Bundan irəli gələrək kriminal azalıb. Beləliklə xüsusi bir
şey baş vermir. Hər şey ola bilər, Marneulidə də, Qoridə də və
Tbilisidə də. Lakin buna qədər 10 hadisə baş verirdisə, indi 3-4
hadisə baş verir”, – Qomelauri bəyan etdi.