Gürcüstana 40 ton ərzaq və 23 ton medikament gətirilib
Batumi limanına biri 40 000 kiloqram qida məhsulu, digəri isə 23 000 kiloqram qida və medikament ilə yüklənmiş iki konteyner daşıyan gəmi daxil olub.
Gəmilərin qarşılanmasında Gürcüstanın baş naziri Qiorqi Qaxaria da iştirak edib.

Hökumət başçısı bildirib ki, dünyada mövcud böhran fonunda Gürcüstan limanlarının ümumi karantin şəraitində də açıq qalması və yükdaşıma əməliyyatlarının fasiləsiz həyata keçirilməsi olduqca vacibdir.

Baş nazirin dediyinə görə, Batumi limanında gəmilərin hərəkəti təhlükəsiz və vaxtında gediş-gəlişi təmin edilib.

Limanda gəmilər dezinfeksiya edilib və gəmi heyəti termoskrininqdən keçirilib.

Mənbə: NewsBureau
Print Email
FaceBook Twitter Google