Gürcüstan kornavirusla mübarizədə nümunəvi ölkələrin ilk beşliyinə
daxil olub.
Bu barədə ABŞ-ın “Foreign Policy” nəşrində bildirilib.
İlk beşliyə Tayvan, Kanada, İslandiya və Cənubi Koreya da daxil
olub.
Məqalədə qeyd olunub ki, fevralın sonunda Gürcüstanda koronavirusun
yayılmasına qarşı ciddi tədbirlərə başlanılıb və bu günə qədər
ölkədə bu virusdan ölüm halı qeydə alınmayıb.
Qeyd edək ki, bu gün Gürcüstanda koronavirusdan ilk ölüm halı qeydə
alınıb. Dünyasını dəyişən Bolinisi sakini 79 yaşlı qadındır.
Mənbə: NewsBureau