Gürcüstanda koronavirusa yoluxanların sayı 157 nəfərə çatdı. Bu
barədə məlumat hökumət tərəfindən yaradılmış stopcov.ge saytında
yayımlanıb.
Saytda yayımlanan məlumata görə, hazırda 5526 nəfər karantin
rejimində, 344 nəfər isə stasionar müşahidə altındadırlar.
Məlumat üçün qeyd edək ki, virusa yoluxmuş 157 nəfərdən 31 nəfəri
artıq sağalıb, bir nəfər isə dünyasını dəyişib.