Gürcüstanda koronavirusdan sağalanların sayı 31 nəfərə çatdı
Gürcüstanda koronavirusdan daha 3 nəfər sağaldı və sağalanların
sayı 31 nəfərə çatdı.
Bu barədə jurnalistlərə Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının
tibbi direktoru Marina Ezuqbaia məlumat verib.
“Ümumilikdə 28 nəfər sağalmışdı və indi 31 nəfər oldu.
3 pasiyent artıq xəstəxanamızı tərk edib”, – Marina
Ezuqbaia bildirib.
Son məlumatlara görə, Gürcüstanda koronavirusa 157 nəfər yoluxub,
onlardan 1 nəfəri dünyasını dəyişib, 31 nəfər isə sağalıb. Hazırda
5526 nəfər karantin rejimində, 344 nəfər isə stasionar müşahidə
altındadır.