Gürcüstan koronavirusdan dünyasını dəyişənlər üçün xüsusi dəfn qaydaları tətbiq edib
Səhiyyə Nazirliyi və Xəstəliklərə Nəzarət Milli Mərkəzi Covid-19 diaqnozu ilə dünyasını dəyişən adamların dəfni ilə bağlı tövsiyələr hazırlayıb. Sənədi Azadlıq Radiosuna Səhiyyə Nazirliyindən göndəriblər. Tövsiyələr koronavirus diaqnozundan dünyasını dəyişmiş adamların cəsədindən virusun yayılması risklərini azaltmaq üçün tərtib edilib.

Səhiyyə naziri Ekaterine Tikaradzenin 25 tarixinə olan sərəncamına və 16 saylı əlavəsinə əsasən:
•Koronavirus diaqnozu ilə dünyasını dəyişmiş adam meyit üçün çantaya yerləşdirilir və üzərinə infeksiya təhlükəsini göstərən beynəlxalq simvol vurulur.
•Meyit çantası dezinfeksiya olunur.
•Meyit xəstəxanadan tabutla çıxarılır və cəsəd onun içinə meyit çantası ilə birgə yerləşdirilir. Çantanı meyitin aparılması və ya dəfni zamanı hər hansı mərhələdə açmaq qadağandır.
•Meyiti vaxtında (72 saat ərzində) dəfn etmək və əhalinin toplanmasından çəkinmək lazımdır.

Meyitə toxunan zaman koronovirus başqasına keçir, ya yox, bu suala indiki mərhələdə təsdiqlənmiş cavab yoxdur. Səhiyyə mütəxəssislərinin açıqlamasına görə, belə risk azdır, ancaq müxtəlif ölkələr ehtiyat tədbirləri görüb.

Gürcüstanda koronovirusdan dünyasını dəyişən xəstənin dəfn protokolu varmı? Azadlıq Radiosu İspaniyada dünyasını dəyişmiş üç nəfər Gürcüstan vətəndaşının cəsədinin təhvil verilməsindən imtinadan sonra bu məsələ ilə maraqlanıb. İspaniya xəstəxanaları və Gürcüstanın İspaniyadakı səfirliyindən buna səbəb olaraq virusun yayılma təhlükəsini qeyd ediblər.

“Tabuta toxunmyacağımızı və elə dəfn edəcəyimizi vəd etdik, amma yenə də imtina etdilər”.

İspaniyada koronovirusdan dünyasını dəyişmiş 34 yaşlı Tsira Alixanişvili, 27 mart tarixində Madrid qəbiristanlığı Akldamada dəfn olunub. Tsiranın ailəsi meyitin dəfn üçün Gürcüstana gətirilməsi ilə bağlı Gürcüstanın İspaniyadakı səfirliyindən yardım istəyib. Ancaq səfirlikdən bildiriblər ki, İspaniya dövlətinin qərarına əsasən koronovirusdan dünyasını dəyişmiş adamları ya yandırılır, ya da İspaniyada dəfn edirlər. Ailə üzvləri isə yalnız 5-6 ildən sonra onu vətənə apara bilərlər.

Tsira Alixanaşvilinin baldızı Xatuna Naçkebianın dediyinə görə, ailə üzvləri dünyasının dəyişmiş şəxslə vidalaşa bilməyəcək:

“Biz Tsiranın cəsədini görə bilmədik. Onun əşyaları da bağlıdır. Xəstəxanadan bildirdiklərinə görə, yoluxma riski var və ona görə onu birbaşa Akldamada dəfn edəcəklər. Qardaşıma xüsusi nömrə verəcəklər və harada dəfn olunduğunu biləcək. Gürcüstan səfirliyi bizə kömək etməyə çalışırdı, amma İspaniya dövlətinin qərarına qarşı çıxa bilmədilər. İstisna hal tələb etdim ki, tabutu bağlasınlar, toxunmayacağıq, bizə versinlər ki, öz torpağında dəfn edək və anası, övladları ağlasın, amma səfirlikdən də izah etdilər ki, koronavirusdan dünyasını dəyişdiyinə görə təhvil verə bilmirlər və ola bilsin meyitdən də yoluxma baş versin. Qardaşım artıq Tsiranın Akldamada dəfn olunması ilə bağlı sənədə imza atıb. Onu mütləq Gürcüstana gətirəcəyik. Övladları üçün analarının qəbri, ananın isə övladının qəbri olacaq”.

34 yaşlı Tsira Alixanaşvili və onun həyat yoldaşı İspaniyaya 2 mart tarixindən sonra gediblər. Qadına Gürcüstanda bədxassəli xərçəng diaqnozu qoyulub. Tsira Madrid xəstəxanalarından birində kimyəvi terapiya keçirmiş. Koronavirusa da məhz xəstəxanada yoluxub.
Artıq İspaniyada Gürcüstanın daha bir vətəndaşını dəfn ediblər. 74 yaşlı Dodo Asambadze də koronovirusdan dünyasını dəyişib. O, 20 il Arned şəhərində yaşayıb. Onun yaxının bildirdiyinə görə, qadın ölən gün Arnedonun Akldama qəbirstanlığında, dəfn mərasimi keçirilmədən, birbaşa xəstəxanadan aparılaraq dəfn olunub:

“Yaxşı tanıyırdıq, çox yaxşı adam idi. Təəssüf ki, son zamanlar çox sayda xroniki xəstəliklər, ürək, böyrəklər onu narahat edirdi. Ölməzdən bir həftə əvvəl xəstəxanadan çıxmışdı və Gürcüstana qayıtmağı çox istəyirdi. Təəssüf ki, yollar artıq bağlanmışdı. Arnedolular matəm tutur və ümid edirik ki, yollar açılacaq və onun cəsədini vətənə aparacaqlar və qızının yanında, Batumidə dəfn edəcəklər.”

Mediada yayılan məlumata görə, Barselonada dünyasını dəyişmiş daha bir Gürcüstan vətəndaşının, 73 yaşlı kişinin ailə üzvləri də yandırılma qərarını qəbul edib.

Gürcüstanın Xarici İşlər Nazirliyinin açıqlamasına görə, “dünya miqyasında koronovirusun yayılması fonunda adi dəfn prosedurası qüvvədə deyil. Dünya Səhiyyə Təşkilatının koronavirusdan dünyasını dəyişənlərin dəfni ilə bağlı ciddi protokolu var və üzv olan ölkələrə, həmçinin, İspaniyaya da ona riayət etmək öhdəliyi qoyulub.”.

Dünya koronavirusdan ölənləri necə dəfn edir?

Baxmayaraq ki, İspaniyanın Səhiyyə Nazirliyi və Patoloji Anatomiya Cəmiyyətinin indiki mərhələdə meyitdən koronavirusa yoluxma ilə bağlı ciddi sübutları yoxdur, covid-19-dan ölən adamların yaxınlarına ailə üzvü ilə vidalaşmaq imkanı verilmir.

İspaniyada ayinlərin həyata keçirilməsi sahəsində fəaliyyət göstərən şirkətlərdən birinin rəhbəri Xuan Dominqo İspaniya qəzeti “El Paise”-ə bildirib ki, “bu məhdudiyyətlər ölən şəxsin ailə üzvləri və ayinləri həyata keçirən əməkdaşların təhlükəsizliyi üçün vacibdir”.

İsrail də koronavirusdan dünyasını dəyişən adamların xüsusi dəfn olunma qaydasını qəbul edib. İsrailin Səhiyyə nazirinin bəyanatına görə, meyit plastik təbəqə ilə örtülməli və sonra dəfn olunmalıdır.

İrlandiyanın Səhiyyə Nazirliyi isə ayinləri yerinə yetirən əməkdaşları ölən şəxslə təmas halında ölüyə maska taxmağı məsləhət görüb ki, öldükdən bir müddət ərzində şəxsin ağciyərlərində kiçik damcılar çıxır və yoluxma riski yaradır.

Dünyanın müxtəlif ölkələrində, həmçinin, İtaliya və İranda da yaxınları ilə vidalaşmağa icazə verilmir. Orada dəfn mərasimləri qadağan edilib. Ölən şəxsin ailə üzvləri ya ümumiyyətlə mərasimdə iştirak etmirlər ya da uzaqdan müşahidə edirlər.
Print Email
FaceBook Twitter Google