Bu gün məlum olub ki, Oni meri Emzar Sabanadze vəzifəsindən istefa
verib.
İstefanın səbəbi məlum deyil. O, bm.ge-nin zənglərinə cavab
verməyib.
Merin mətbuat xidməti faktı təsdiq edib.
“Faktı təsdiqləyirəm, ancaq səbəbləri mənim üçün də
məlum deyil”, – mətbuat xidmətinin əməkdaşı bm.ge-yə
bildirib.
Daha sonra məlum olub ki, mer ilə birgə onun birinci müavini
Dimitri Sakvarelidze də istefa verib.
“İmedi” kanalının məlumatına görə, onların ikisi də istefa
ərizələrini 3 aprel, cümə günü yazıblar. Merin səlahiyyətlərini
kimin icra edəcəyi isə hələ ki məlum deyil.
Məlumat üçün qeyd edək ki, Emzar Sabanadze Daxili İşlər nazirinin
müavini Kaxa Sabanadzenin atasıdır.
Mənbə: bm.ge