Marneuli bazarı tamamilə bağlanıb

 



Marneuli bazarı tamamilə bağlanıb. Bu barədə məlumatı “Marneuli” radiosuna meriyadan da təsdiqləyiblər və bildiriblər ki, qərarı koronavirusun yayılmasının qarşısının alınması məqsədilə veriblər. Marneuli bazarı iki hissədən ibarətdir. Arxa bazar adlandırılan bazarın direktoru Elquca Xarşiladze bildirdi ki, onların ərazisi bazar günü möhürlənib, lakin satıcılar məhsullarını bazarın çölündə satmağa davam edirdilər.


Bazar günü bağladıq, sonra gördük ki, xalq küçədə durur və heç bir qaydaya riayət etmir, bazar günü yenidən açdıq, daha sonra yenə bağladıq”, – Bazarın direktoru dedi və qeyd etdi ki, bazarın arxa ərazisi bu gün, 6 aprel tarixində tamamilə bağlanıb. Qabaq hissədəki bazar isə bir neçə gündür ki, bağlıdır.

Marneuli və Bolnisi bələdiyyələrində 23 mart tarixikndə ciddi rejimli karantin elan olunub. Hökumət bu barədə qərarı Marneulidə bir qadında koronavirus aşkarlandıqdan sonra onun yoluxma mənbəyinin müəyyən olunmamasına görə verib.

 

Print Email
FaceBook Twitter Google