Marneuli Bələdiyyə Məclisinin sədri 3 ay ərzində StopCov fonduna maaşından 1366 lari köçürəcək

 


Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze 3 ay ərzində maaşının 1/3 hissəsini StopCov fonduna köçürəcək.

Marneuli Bələdiyyə Məclisinin 18 yanvar 2018-ci il tarixli qərarına əsasən Marneuli Bələdiyyə Məclisi sədrinin aylıq əməkhaqqı 4 100 lari təşkil edir. Amiran Qiorqadze növbəti üç ay ərzində 4 100 laridən 1/3 hissəsini, yəni 1366 larini koronavirusun qarşısının alınması məqsədilə yaradılmış fonda köçürəcək.

Qeyd edək ki, Marneuli meri Zaur Darğallı da maaşının 1/3 hissəsin StopCov fonduna köçürəcək.
Marneuli və Bolnisi bələdiyyələrində 23 mart tarixikndə ciddi rejimli karantin elan olunub. Hökumət bu barədə qərarı Marneulidə bir qadında koronavirus aşkarlandıqdan sonra onun yoluxma mənbəyinin müəyyən olunmamasına görə verib.

 

Print Email
FaceBook Twitter Google