Savalan Mirzəyev Marneulidə yardım aksiyası keçirdi
Bu gün, 6 aprel tarixində Qardabaninin majoritar deputatı Savalan Mirzəyev Marneulidə yaşayan 100 aztəminatlı ailəyə ərzaq yardımı edib.
Savalan Mirzəyev “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, Qardabani daxil olmaqla ümumilikdə 600 çoxuşaqlı və aztəminatlı ailəyə yardım edəcək. Hazırlanan yardım paketinin 600-dən 100-nü isə o, Marneuli bələdiyyəsi karantində olduğuna görə Marneuli meriyasına təhvil verib.

“Cəmi 600 ailə üçün nəzərdə tutmuşdum və indi onun 500 Qardabani, 100-ü isə Marneulililərə verilib. Qardabanidə şəxsən çalışırıq ki, hər kəsə yardım edilsin və ehtiyacı olan ailələr tam şəkildə ərzaqla təmin olunsunlar. Çalışıram ki, nəzarət edim”,– Savalan Mirzəyev dedi.

O, bildirdi ki, ətrafında olan dostları da yardım kampaniyasına qoşularaq lazım olan ailələrə ərzaq yardımı edəcəklər. Yardımın hər kəsə çatdırılması üçün deputat siyahı hazırladığını və bütün ailələrin ərzaqla təmin olunmasına çalışdığını dedi.

Qeyd edək ki, Savalan Mirzəyev bir neçə gün əvvəl Marneulidə 30 ailəyə ərzaq yardımı etmişdi.

Print Email
FaceBook Twitter Google