Bu gün, 6 aprel tarixində Qardabaninin majoritar deputatı Savalan
Mirzəyev Marneulidə yaşayan 100 aztəminatlı ailəyə ərzaq yardımı
edib.
Savalan Mirzəyev “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki,
Qardabani daxil olmaqla ümumilikdə 600 çoxuşaqlı və aztəminatlı
ailəyə yardım edəcək. Hazırlanan yardım paketinin 600-dən 100-nü
isə o, Marneuli bələdiyyəsi karantində olduğuna görə Marneuli
meriyasına təhvil verib.
“Cəmi 600 ailə üçün nəzərdə tutmuşdum və indi onun 500
Qardabani, 100-ü isə Marneulililərə verilib. Qardabanidə şəxsən
çalışırıq ki, hər kəsə yardım edilsin və ehtiyacı olan ailələr tam
şəkildə ərzaqla təmin olunsunlar. Çalışıram ki, nəzarət
edim”,– Savalan Mirzəyev dedi.
O, bildirdi ki, ətrafında olan dostları da yardım kampaniyasına
qoşularaq lazım olan ailələrə ərzaq yardımı edəcəklər. Yardımın hər
kəsə çatdırılması üçün deputat siyahı hazırladığını və bütün
ailələrin ərzaqla təmin olunmasına çalışdığını dedi.
Qeyd edək ki, Savalan Mirzəyev bir neçə gün əvvəl Marneulidə 30
ailəyə ərzaq yardımı etmişdi.