Bidzina İvanişvilinin ailəsi StopCov fonduna 100 milyon lari köçürüb
“Gürcü Arzusu” partiyasının sədri Bidzina İvanişvilinin ailəsi StopCov fonduna 100 milyon lari köçürüb. StopCov fonduna köçürülmüş pulların miqdarı ötən gün gecə saatlarında çoxalıb. Bu göstəricilər hpkumət tərəfindən yaradılmış xüsusi veb-səhifədə də (https://stopcov.ge/ka/Fund) əks olunub.

Məlumatların yenilənməsinədək təxminnən 24 milyon lari olan vəsait 124 543 899 lariyədək artıb.

Bu fakt sosial şəbəkədə reaksiya doğurub və fonda bu vəsaiti Bidizina İvanişvilinin köçürdüyü barədə fərziyyələr səslənib.

Gürcüstanın Birinci Kanalı məlumatı araşdırmaq üçün “Kartu” fondnunun idarə heyətinin sədri Nikoloz Çxetiani ilə əlaqə saxlayıb.

Çxetiani Bidzina İvanişvilinin 100 milyon lari köçürdüyünü təsdiqləyib.

“Bidzina İvanişvilinin ailəsinin StopCov fonduna yardımı 100 milyon lari təşkil edir. Cənab Bidzina xüsusi olaraq StopCov fondu üçün “Kartu” fonduna bir neçə gün əvvəl 100 milyon lari köçürmüşdü və bu məbləğ artıq koronavirusla mübarizə fondunun hesabında əks olunub.”

Mənbə: Birinci Kanal
Print Email
FaceBook Twitter Google