Avropa İttifaqı koronavirus böhranı ilə mübarizə üçün Şərq
Tərəfdaşlığı ölkələrinə geniş miqyaslı yardım paketinin necə
bölünəcəyi ilə bağlı qərar verib.
Bu barədə Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə
Baş Direktorluğunun Şərq Bölməsinin Rəhbəri Laurens Meredit məlumat
verib.
Avropa İttifaqı Şərq Tərəfdaşlığının altı ölkəsinə (Azərbaycan,
Belarus, Moldova, Gürcüstan, Ermənistan, Ukrayna) koronavirus
pandemiyası ilə mübarizə məqsədilə təxirəsalınmaz yardım üçün 80
milyon avro, qısamüddətli dəstək çərçivəsində isə təxminən 883
milyon avro ayıracaq.
Avropa Birliyi koronavirus pandemiyası ilə mübarizə üçün 15,6
milyard avroluq paket müəyyənləşdirib. Buradan 2,1 milyard Avro
Cənub Qonşuluq, 962 milyon Avro Şərq Tərəfdaşlığı ölkələri və 800
milyon Avro Türkiyə və Qərbi Balkan üçün nəzərdə tutulub.
Şərq Tərəfdaşlığı ölkələri üçün ayrılan vəsait aşağıdakı kimi
paylanacaq:
- Ermənistan - 92 milyon avro
- Azərbaycan - 14 milyon avro
- Belarusiya - 60 milyon avro
- Gürcüstan - 183 milyon avro
- Moldova - 87 milyon avro
- Ukrayna - 190 milyon avro