Avropa İttifaqı Gürcüstana COVID-19 ilə mübarizə üçün 183 milyon avro yardım edəcək
Avropa İttifaqı koronavirus böhranı ilə mübarizə üçün Şərq Tərəfdaşlığı ölkələrinə geniş miqyaslı yardım paketinin necə bölünəcəyi ilə bağlı qərar verib.

Bu barədə Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğunun Şərq Bölməsinin Rəhbəri Laurens Meredit məlumat verib.

Avropa İttifaqı Şərq Tərəfdaşlığının altı ölkəsinə (Azərbaycan, Belarus, Moldova, Gürcüstan, Ermənistan, Ukrayna) koronavirus pandemiyası ilə mübarizə məqsədilə təxirəsalınmaz yardım üçün 80 milyon avro, qısamüddətli dəstək çərçivəsində isə təxminən 883 milyon avro ayıracaq.

Avropa Birliyi koronavirus pandemiyası ilə mübarizə üçün 15,6 milyard avroluq paket müəyyənləşdirib. Buradan 2,1 milyard Avro Cənub Qonşuluq, 962 milyon Avro Şərq Tərəfdaşlığı ölkələri və 800 milyon Avro Türkiyə və Qərbi Balkan üçün nəzərdə tutulub.

Şərq Tərəfdaşlığı ölkələri üçün ayrılan vəsait aşağıdakı kimi paylanacaq:
  • Ermənistan - 92 milyon avro
  • Azərbaycan - 14 milyon avro
  • Belarusiya - 60 milyon avro
  • Gürcüstan - 183 milyon avro
  • Moldova - 87 milyon avro
  • Ukrayna - 190 milyon avro

Mənbə: Netgazeti
Print