Cənubi Qafqaz ölkələri arasında koronavirusa yoluxma halının ən
yüksək göstəricisi Ermənistanda qeydə alınıb. İkinci yerdə
Azərbaycan qərarlaşıb, üçüncü isə Gürcüstandır.
Bu günə qədər Ermənistanda koronavirusa yoluxanların sayı 921
nəfərə çatıb. Virusdan 138 nəfər sağalaraq evə buraxılıb, 10 nəfər
isə virusun qurbanı olub.
Azərbaycanda 822 nəfərdə koronavirus aşkarlanıb. Həmin xəstəlikdən
artıq 63 nəfər sağalıb, 8 nəfər isə ölüb.
Gürcüstana gəlincə isə ölkədə bu günədək 214 yoluxma halı qeydə
alınıb ki, bunlardan da 50 nəfər artıq sağalıb, 3 nəfər isə
dünyasını dəyişib.