Cənubi Qafqaz ölkələri arasında koronavirusa yoluxma halı ən çox hansı ölkədədir?
Cənubi Qafqaz ölkələri arasında koronavirusa yoluxma halının ən yüksək göstəricisi Ermənistanda qeydə alınıb. İkinci yerdə Azərbaycan qərarlaşıb, üçüncü isə Gürcüstandır. Bu günə qədər Ermənistanda koronavirusa yoluxanların sayı 921 nəfərə çatıb. Virusdan 138 nəfər sağalaraq evə buraxılıb, 10 nəfər isə virusun qurbanı olub.

Azərbaycanda 822 nəfərdə koronavirus aşkarlanıb. Həmin xəstəlikdən artıq 63 nəfər sağalıb, 8 nəfər isə ölüb.

Gürcüstana gəlincə isə ölkədə bu günədək 214 yoluxma halı qeydə alınıb ki, bunlardan da 50 nəfər artıq sağalıb, 3 nəfər isə dünyasını dəyişib.

"Marneuli" Radiosu
Print