Təkəli kəndində şagirdlər “Tele-məktəb” dərslərinin keçildiyindən xəbərsizdirlər
Təkəli ictimai məktəbinin şagirdlərin Gürcüstanın Birinci kanalının nəzdində fəaliyyət göstərən İkinci kanalda yayımlanan Tele-məktəb dərsləri ilə bağlı məlumatları yoxdur.

Gürcüstanda bütün təhsil müəssisələrində koronavirusa görə aprelin 21-ə kimi tətil elan edilib. Şagirdlərin dərslərindən geri qalmamaları üçün Gürcüstanın İkinci kanalında tele-dərslər keçirilir, məqsəd şagirdlərin evlərində dərslərinə qaldığı yerdən davam etməsidir. Təkəli məktəbində 260-a yaxın şagird təhsil alır və martın 21-dən distant təhsil rejiminə keçib. Bəs Təkəli məktəbində təhsil alan şagirdlər İkinci kanalda verilən derslərə baxırlarmı?

18 yaşlı Abdulla Hüseynov Təkəli ictimai məktəbinin 12-ci sinif şagirdidir. O, məktəb distant rejimə keçdiyi gündən dərslərdən geri qalmamaq üçün çalışdığını bildirir.

“Dərslərimizi Microsoft Teams-də keçirik və qaldığımız yerdən davam edirik. Amma İkinci kanaldan verilən tele-dərslərə baxa bilmirəm, çünki belə bir kanalın mövcudluğu haqqında məlumatım yoxdur”,– Hüseynov dedi.

Lalə Məmmədova 3 uşaq anasıdır. O, gürcü dilini bilmədiyinə görə Gürcüstanda nə baş verdiyindən xəbərsiz olduğunu deyir.

“Məktəbimizin distant təhsil rejiminə keçməsi məni və eləcə də bütün valideynləri sevindirdi, ancaq 1-ci kanalda dərslərin verilməsi barədə heç bir məlumatım yoxdur”, – Məmmədova dedi.

Təkəli məktəbinin şagirdləri İkinci kanalda verilən dərslərə baxa bilməsələr da onlayn yolla dərslərinə qaldıqları yerdən davam edirlər.
Müəllif։ Cəsur Hacıyev
"Marneuli" Radiosu



Print Email
FaceBook Twitter Google