Baş nazir Qiorqi Qaxaria ölkədə fövqəladə vəziyyət qaydaların
sərtləşdirilə biləcəyini söyləyib.
Bu barədə baş nazir jurnalistin Lentexidə qeydə alınmış yoluxma
halı və hansısa tədbirlərin planlaşdırılıb-planlaşdırılmaması
barədə sualına cavab olaraq bildirib.
"Biz Lentexi klasterinin analizlərinin cavablarını
gözləyirik, amma eyni zamanda yadda saxlamalıyıq ki, ölkədə
regional klasterlərin sayı artır. Ayrı-ayrı bölgələrdə deyil, ölkə
miqyasında qaydaların sərtləşdirilməsinə qərar verə bilərik. Çünki
Kobuletidə çox ciddi klaster var, Marneuli və Bolnisinin
vəziyyətini bilirsiniz, indi Lentexi ortaya çıxdı, Sameqreloda,
Batumidə bir neçə yoluxma halı var, görək nəticələr nə
olacaq", – Qaxaria deyib.