Fövqəladə vəziyyət qaydaları daha da sərtləşdirilə bilər
Baş nazir Qiorqi Qaxaria ölkədə fövqəladə vəziyyət qaydaların sərtləşdirilə biləcəyini söyləyib.

Bu barədə baş nazir jurnalistin Lentexidə qeydə alınmış yoluxma halı və hansısa tədbirlərin planlaşdırılıb-planlaşdırılmaması barədə sualına cavab olaraq bildirib.

"Biz Lentexi klasterinin analizlərinin cavablarını gözləyirik, amma eyni zamanda yadda saxlamalıyıq ki, ölkədə regional klasterlərin sayı artır. Ayrı-ayrı bölgələrdə deyil, ölkə miqyasında qaydaların sərtləşdirilməsinə qərar verə bilərik. Çünki Kobuletidə çox ciddi klaster var, Marneuli və Bolnisinin vəziyyətini bilirsiniz, indi Lentexi ortaya çıxdı, Sameqreloda, Batumidə bir neçə yoluxma halı var, görək nəticələr nə olacaq", – Qaxaria deyib.

Mənbə: Netgazeti
Print