Meriya Kürtlər ərazi vahidliyində yaşayan 71 ailəyə ərzaq yardımı edib (VİDEO)
Bu gün, 9 aprel tarixində Kürtlər ərazi vahidliyinə daxil olan Kürtlər, Baydar, Lejbəddin, Xutor Lejbəddin, Böyük Muğanlı və Dolisxana kəndlərində yaşayan 71 aztəminatlı ailəyə meriya tərəfindən ərzaq yardımı edilib. Bu haqda məlumatı Kürtlər ərazi vahidliyinin nümayəndəsi Bəxtiyar Hüryənov verdi. Onun sözlərinə görə, əhaliyə gösrərilən yardım meriya tərəfindən edilib. Bu günə qədər ümumilikdə meriya ərazi vahidliyində yaşayan 150 ailəyə yardım edib.

"Bu gün meriya tərəfindən Kürtlər kəndində yaşayan 20 ailəyə ərzaq yardımı edildi. Baydar kəndində 21, Lejbəddin kəndində 13, Böyük Muğanlı kəndində 13, Xutor Lejbəddin kəndində 3, Dolisxanada isə 1 ailəyə yardım verildi", — Bəxtiyar Hüryənov dedi.

Bəxtiyar Hüryənov onu da bildirdi ki, bundan öncə də meriya Kürtlər ərazi vahidliyində yaşayan 80 ailəyə yardım etmişdi.

Marneuli və Bolnisi bələdiyyələrində 23 mart tarixində ciddi rejimli karantin elan edilmişdi. Bu barədə Gürcüstan baş naziri Qiorqi Qaxaria bəyan etmişdi.

31 mart tarixində isə bütün Gürcüstan ərazisində komendant saatı elan olunub. Vətəndaşlara axşam saat 9-dan səhər saat 6-dək evdən çıxmaq qadağan olunur.


Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google