Potidə oğurluq faktına görə bir nəfər saxlanılıb
Polis Potidə, Qorqasali küçəsində bir gənci saxlayıb.

Əldə olunan məlumata görə, şübhəli şəxs dövlətə məxsus avtomobilin oğurlanması faktına görə saxlanılıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə oğurluq faktı ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 177-ci maddəsinin 3-cü hissəsi ilə istintaq aparılır. Həmin maddə 4 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Mənbə: Birinci Kanal
Print Email
FaceBook Twitter Google