Türkiyəyə səyahət tarixçəsi olan 6 yaşındakı bir uşaq və anasında
koronavirus təsdiqlənib.
Onlar Vaxtanq Boçorişvili Klinikasında müalicə olunurlar.
"Boçorişvili Klinikasının qapalı bölməsində 51 xəstə
müalicə olunur, onlardan 16-da Covid-19 təsdiqlənib. Bu gün
təsdiqlənmiş diaqnozlardan daha üç xəstə əlavə olub. Bu üç nəfərdən
biri azyaşlıdır. Ana və 6 yaşlı oğlu bir neçə gün əvvəl Türkiyə
sərhədini keçiblər. Onların vəziyyətləri qənaətbəxşdir. Yüksək
temperatur, öskürək var, sətəlcəm müşahidə olunur, lakin onların
subyektiv vəziyyəti qənaətbəxşdir", – Boçorişvili
Klinikasının Nəzarət Şurasının sədri Maka Soloğaşvili bildirib.
Hazırda Boçorişvili klinikasında müalicə olunan 51 xəstədən 7
nəfəri azyaşlıdır.