Bir nəfər gənc qadın vətəndaşımız Strasburqda CoVid-19-dan ölüb – İmnadze
Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbərinin müavini Paata İmnadzenin dediyinə görə, Gürcüstan vətəndaşı olan bir gənc qadın Strasburqda Covid-19 infeksiyasından dünyasını dəyişib.

“Təəssüf ki, Strasburqda daha bir gənc qadın vətəndaşımız öldü. Xarici İşlər Nazirliyi bu məsələ üzərində işləyir", – deyə Paata İmnadze brifinqdə bildirib.

Stopcov.ge saytında yayımlanan məlumata görə Gürcüstanda 230 yoluxma halı qeydə alınıb ki, bunlardan da 54 nəfəri sağalıb, 3 nəfər isə dünyasını dəyişib.

Hazırda karantin rejimində 4908, stasionar nəzarət altında isə 429 nəfər var.
Mənbə: puplika.ge
Print Email
FaceBook Twitter Google