Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbərinin müavini Paata
İmnadzenin dediyinə görə, Gürcüstan vətəndaşı olan bir gənc qadın
Strasburqda Covid-19 infeksiyasından dünyasını dəyişib.
“Təəssüf ki, Strasburqda daha bir gənc qadın vətəndaşımız öldü.
Xarici İşlər Nazirliyi bu məsələ üzərində işləyir", – deyə Paata
İmnadze brifinqdə bildirib.
Stopcov.ge saytında yayımlanan məlumata görə Gürcüstanda 230
yoluxma halı qeydə alınıb ki, bunlardan da 54 nəfəri sağalıb, 3
nəfər isə dünyasını dəyişib.
Hazırda karantin rejimində 4908, stasionar nəzarət altında isə 429
nəfər var.
Mənbə: puplika.ge