Dövlət Xidmətlərinin İnkişafı Agentliyindən verilən məlumata görə,
ölkə daxilində doğum və ölüm hallarının qeydiyyatı, doğum və ölüm
şəhadətnamələrinin verilməsi və sənədlərin apostil təsdiqi bu
gündən etibarən bərpa edilib.
"Doğum və ya ölümü qeydiyyata almaq və bu
şəhadətnamələri ilk dəfə və ya təkrar almaq istəyənlərin evdən
çıxmadan elektron formada Dövlət Xidmətləri İnkişaf Agentliyinə
müraciət etmək imkanı var.
Maraqlanan şəxs Dövlət Xidmətinin İnkişafı Agentliyinin veb saytına
- sda.gov.ge və ya my.gov.ge müraciət etməlidir, bundan sonra -
Agentliyin distant xidmətinin sda.gov.ge rəsmi Skype ünvanına
müraciət etməlidir. Ərizə video chat vasitəsilə qeydiyyata
alınacır. İstifadəçi sənədin elektron nüsxəsini my.gov.ge və ya
sda.gov.ge veb saytları vasitəsi ilə ala biləcək və hazır sənəd
lazım olduqda poçt vasitəsilə qəbul ediləcəkdir", –
yayımlanmış məlumatda deyilir.
Agentliyin məlumatına görə, bu gündən etibarən vətəndaşlar lazımi
sənədlər üçün apostil təsdiqi də edə biləcəklər. Bunun üçün
istifadəçi 032 2 40 10 10 qaynar xəttinə müraciət etməlidir, burada
operator onun ehtiyacını qeyd edir, bundan sonra vətəndaş sənədləri
Dövlət Xidmətinin İnkişafı Agentliyinə poçtla göndərməlidir.
Agentliyin ünvanı: Tbilisi, Akaki Tsereteli prospekti №67a.
Vətəndaş, apostil təsdiqindən keçmiş sənədi özünün göstərdiyi
ünvanda elektron poçtla alacaq.
Yayımlanan məlumata görə, Dövlət Xidmətinin İnkişafı Agentliyi
elektron şəxsiyyət vəsiqələrinin və biometrik pasportların
verilməsini də yeniləyib.
"Biometrik pasport almaq istəyən və artıq biometrik
pasport alanlar my.gov.ge və ya sda.gov.ge ünvanlarına müraciət edə
biləcəklər. Hazır sənəd poçtla həmin şəxsə göndəriləcək.
İlk dəfə biometrik pasport alan və əvvəllər biometrik pasportu
olmayan və ya ilk dəfə elektron şəxsiyyət vəsiqəsi alan və əvvəllər
bu və ya digər sənəd almamış şəxs qaynar xətlə əlaqə yaratmalıdır:
032 2 40 10 10. Operator görüş təyin edir və vətəndaşın getməsi
konkret gün, saat və yer müəyyən edir və ya müəyyən hallarda onun
olduğu yerə vizit planlaşdırılır", – məlumatda qeyd
edilib.