Bu gündən etibarən şəxsiyyət vəsiqələrinin və biometrik pasportların verilməsinə yenidən başlanıldı
Dövlət Xidmətlərinin İnkişafı Agentliyindən verilən məlumata görə, ölkə daxilində doğum və ölüm hallarının qeydiyyatı, doğum və ölüm şəhadətnamələrinin verilməsi və sənədlərin apostil təsdiqi bu gündən etibarən bərpa edilib.

"Doğum və ya ölümü qeydiyyata almaq və bu şəhadətnamələri ilk dəfə və ya təkrar almaq istəyənlərin evdən çıxmadan elektron formada Dövlət Xidmətləri İnkişaf Agentliyinə müraciət etmək imkanı var.

Maraqlanan şəxs Dövlət Xidmətinin İnkişafı Agentliyinin veb saytına - sda.gov.ge və ya my.gov.ge müraciət etməlidir, bundan sonra - Agentliyin distant xidmətinin sda.gov.ge rəsmi Skype ünvanına müraciət etməlidir. Ərizə video chat vasitəsilə qeydiyyata alınacır. İstifadəçi sənədin elektron nüsxəsini my.gov.ge və ya sda.gov.ge veb saytları vasitəsi ilə ala biləcək və hazır sənəd lazım olduqda poçt vasitəsilə qəbul ediləcəkdir",
– yayımlanmış məlumatda deyilir.

Agentliyin məlumatına görə, bu gündən etibarən vətəndaşlar lazımi sənədlər üçün apostil təsdiqi də edə biləcəklər. Bunun üçün istifadəçi 032 2 40 10 10 qaynar xəttinə müraciət etməlidir, burada operator onun ehtiyacını qeyd edir, bundan sonra vətəndaş sənədləri Dövlət Xidmətinin İnkişafı Agentliyinə poçtla göndərməlidir. Agentliyin ünvanı: Tbilisi, Akaki Tsereteli prospekti №67a. Vətəndaş, apostil təsdiqindən keçmiş sənədi özünün göstərdiyi ünvanda elektron poçtla alacaq.

Yayımlanan məlumata görə, Dövlət Xidmətinin İnkişafı Agentliyi elektron şəxsiyyət vəsiqələrinin və biometrik pasportların verilməsini də yeniləyib.

"Biometrik pasport almaq istəyən və artıq biometrik pasport alanlar my.gov.ge və ya sda.gov.ge ünvanlarına müraciət edə biləcəklər. Hazır sənəd poçtla həmin şəxsə göndəriləcək.

İlk dəfə biometrik pasport alan və əvvəllər biometrik pasportu olmayan və ya ilk dəfə elektron şəxsiyyət vəsiqəsi alan və əvvəllər bu və ya digər sənəd almamış şəxs qaynar xətlə əlaqə yaratmalıdır: 032 2 40 10 10. Operator görüş təyin edir və vətəndaşın getməsi konkret gün, saat və yer müəyyən edir və ya müəyyən hallarda onun olduğu yerə vizit planlaşdırılır", –
məlumatda qeyd edilib.

Mənbə: Publika.ge
Print