Marneulidəki "Geo Hospitals" klinikasına koronavirus simptomları ilə üç nəfər gətirilib
Marneuli “Geo Hospitals” klinikasına koronavirus əlamətləri ilə üç
xəstə daxil olub.
Bu barədə xəstəxananın kliniki direktoru Tata Şenqelaia məlumat
verib. Onun sözlərinə görə, xəstələr dünən, 12 may tarixində axşam
gətirilib və bu gün analizi Luqar laboratoriyasına
göndərəcəklər.
“Hər üç xəstəni Tetritskarodan gətiriblər. Görək, kimsə yenə əlavə
olmasa, üç nəfərin analizini göndərəcəyik.”
xatırladırıq ki, 6 may tarixində Marneulidə koronovirusla bağlı
geniş miqyaslı analizlərin götürülməsi mərhələsi həyata keçirildi.
Ümumilikdə 303 vətəndaşdan analiz götürüldü. Onların testlərinin
cavabı mənfi olub.
7 may tarixində götürülən 370 analizdən yalnız birinin cavabı
müsbət çıxıb, həmin şəxs təcili yardım xidməti klasterinə
aiddir.
8 may tarixində götürülən 437 testdən hamısının cavabı mənfi
olub.
Qeyd edək ki, 18 may tarixindən Marneuli açılacaq. Bu barədə Baş
nazir Qiorqi Qaxaria 7 may tarixində baş tutan iclasda
bildirib.