Əfv haqqında Talakvadzeni, Qaxariyanı və İvanişvilini əvvəlcədən məlumatlandırmışdım – prezident
Gürcüstanın Prezidenti Salome Zurabişvilinin sözlərinə görə, Qiqi Uqulava və İrakli Okruaşvilinin əfvi haqqında Parlamentin Sədri Arçil Talakvadze, Baş Nazir Qiorqi Qaxariya və “Gürcü Arzusu”nun rəhbəri Bidzina İvanişviliyə əvvəlcədən bildirib.

Salome Zurabişvili bildirib ki, əfv haqqında qərarı tamamilə müstəqil şəkildə qəbul edib, amma bu o demək deyildir ki, qərarı qəbul edən zaman hökumətin digər üzvləri ilə ünsiyyət qurmayıb.

“Mən bu qərarın qəbulunun vacib olduğunu bildiyim zaman - hökumət üzvlərini, institutlarını xəbərdar etdim, çünki belə bir qərarın gözlənilməz olması yolverilməzdir”, - deyə Zurabişvili “Gecə Kuryeri»nə xüsusi müsahibə verən zaman bildirib və əlavə edib ki, konkret olaraq parlament sədrinə, baş nazirə və “Gürcü Arzusu” partiyasının sədrinə bildirib.

Prezident Salome Zurabişvili İrakli Okruaşvili və Qiqi Uqulavanı mayın 15-də əfv edib.

“Bu haqda prezidentlə bizim aramızda danışıqlar olmayıb və bu haqda brifinq keçirilən zaman bildik”, - deyə parlament əksəriyyətinin üzvü İrakli Kobaxidze bildirib.

Parlament əksəriyyətinin lideri Mamuka Mdinaradze də həmçinin, bildirib ki, hakim komandanın Qiqi Uqulava və İrakli Okruaşvilinin əfvi ilə bağlı prezidentlə danışıq olmayıb.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google