Fövqəladə vəziyyət olmadan məhdudiyyətlər konstitusiyadan kənardır - TI
“Beynəlxal şəffaflıq – Gürcüstan”ın qiymətləndirməsinə görə, parlamentdə qeydiyyatdan keçirilmiş yeni qanun layihəsi Gürcüstan Konstitusiyasına ziddir. Söhbət dünən parlamentə təqdim olunan qanun layihəsindən gedir ki, bu layihə də fövqəladə hal olmadan müəyyən məhdudiyyətlərin tətbiq edilməsi haqqındadır. Təşkilat bildirir ki, insanın hüquqlarını məhdudlaşdıran qanunlar yalnız fövqəladə hal zamanı mümkündür ki, bunu da parlament təsdiq etməlidir.

Qanun layihəsinə görə isə məhdudiyyətlərin qaydasını və miqyasını hökumətin müəyyənləşdirəcəyi layihəyə ilə karantin tədbirləri çərçivəsində aşağıdakılar məhdudlaşdırıla bilər:
  • İctimai müəssisələrin fəaliyyət hüququ;
  • İnsanların sərbəst hərəkət hüququ;
  • Mülkiyyət, əmək, peşə və ya iqtisdai fəaliyyət hüququ;
  • Fiziki şəxslərin sosial tədbirlər keçirmək üçün toplaşma hüququ;
“Haqqında danışılan hüquqlar Gürcüstan Konstitusiyasına əsasən, insanın əsas hüquqlarıdır və onların məhdudlaşdırılması əsasları konstitusiya ilə müəyyən olunur. Məsələn, əmək, peşə və iqtisadi fəaliyyət yalnız fövqəladə vəziyyət zamanı prezidentin sərəncamı ilə və parlamentin də bunu təsdiq etməsi nəticəsində məhdudlaşdırıla bilər. Məhdudiyyətin başqa əsasını konstitusiya nəzərdə tutmur və müvafiq olaraq, fövqəladə vəziyyət olmadan bu hüquqların məhdudlaşdırılması konstitusiyaya ziddir”, - deyə “Beynəlxalq şəffaflıq – Gürcüstan” bildirib.

“Beynəlxalq şəffaflıq – Gürcüstan” hesab edir ki, insanın əsas hüquqlarının bu şəkildə məhdudlaşdırılması yalnız həddən ziyadə bir ehtiyac yarandığı zaman, fövqəladə vəziyyət və ya müharibə vəziyyəti zaman mümkündür.

“İctimai sağlamlığın qorunması əhəmiyyətli qanuni məqsəddir. Bununla yanaşı, həmin məqsədə çatmaq üçün əsas insan hüquqlarının konstitusiyaya zidd şəkildə məhdudlaşdırılması baş verməməlidir. Pandemiya ilə mübarizə bəhanəsi ilə konstitusiyadan kənar qanunun qəbul edilməsi yolverilməzdir.Bu kimi qanun ölkənin demokratiyasına təhlükə törədir və hökumətin səlahiyyətlərinin artırılması xərcinə parlamentin roluna kölgə salır. Pandemiya və ya istənilən böhranlı vəziyyət zamanı demokratiya olmayan ölkələrdə insan hüquqlarının məhdudlaşdırılması əsaslandırılmadan tətbiq olunur. Layihəsi təqdim olunan qanunun qəbul olunması halında Gürcüstan məhz belə ölkələr siyahısında olacaq”, - deyə təşkilatdan bildirirlər və əlavə edirlər ki, seçki ilində insan hüquqlarının qorunması, o cümlədən, sərbəst hərəkət edə bilmək və toplaşmaq azadlığı xüsusilə əhəmiyyətlidir.

“Beynəlxalq şəffaflıq – Gürcüstan” Gürcüstan Parlamentinə təqdim olunan qanun layihəsini dəstəkləməmək üçün səslənir ki, bu qanun layihəsi ölkənin demokratik idarə olunmasına əhəmiyyətli dərəcədə təhlükə törədir və Gürcüstan Konstitusiyası və beynəlxalq aktlarla nəzərdə tutulmuş əsas insan hüquqlarını və azadlıqlarını konstitusiyaya zidd olaraq məhdudlaşdırır.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google