Tbilisi ilə Rustavi arasında avtobuslar hərəkət edəcək - Kaladze

Tbilisi meri Kaxa Kaladzenin bildirdiyinə görə, Tbilisi və Rustavi şəhərləri arasında vətəndaşların hərəkəti üçün bələdiyyə nəqliyyatının hərəkətə başlaması planlaşdırılır.

 

“Cəmiyyətə çatdırmaq istədiyim əhəmiyyətli bir yenilik var – Tbilisi və Rustavi arasında hərəkət. Bu istiqamətlər üzrə gün ərzində 30 000 vətəndaş hərəkət edir. Müvafiq olaraq, biz hesab edirik ki, paytaxt bələdiyyəsi bu insanların ictimai nəqliyyatla hərəkət etməsini təmin etməlidir”, – deyə Kaladze bildirib.

Bugünkü brifinqdə o, izah edib ki, Rustavi Tbilisi istiqaməti üzrə çox sayda tələbə də hərəkət edir ki, bu gün onlar üçün kifayət qədər problemlidir. Bu günə olan vəziyyətə görə bu istiqamətdə marşrut taksiləri hərəkət edir.

“Müavinimə, Maya Bitadzeyə tapşırmaq istəyirəm ki, qısa müddət ərzində tam plan hazır olsun, həmçinin Rustaviyə çıxacaq nöqtələr müəyyənləşdirilsin. Paytaxt Bələdiyyəsi bu məsuliyyəti öz üzərinə götürəcək – Tbilisi – Rustavi istiqaməti üzrə ictimai nəqliyyat - yenilənmiş avtobuslar hərəkət edəcək”, –deyə Kaladze bildirib.

Mənbə: Netgazeti

 

Print Email
FaceBook Twitter Google