Paşinyan iyunun sonunda koronavirusa yoluxanların sayının 30 000, ölənlərin sayının isə yüzlərlə olacağından qorxur
“Əgər biz vəziyyətin qarşısını ala bilməsək, mayın 29-da 10 min, iyunun 12-də 20 min, iyunun sonunda isə 30 min yoluxmuş xəstəmiz və yüzlərlə vəfat edənimiz olacaq”, – deyə Ermənistanın baş naziri Nikol Paşinyan "Facebook" səhifəsindən əhaliyə müraciət edib.

“Bu isə o deməkdir ki, sərt qadağaların hamısını yenidən tətbiq etməli olacağıq. Amma bizim imkanımız var ki, bunu etməyək, çünki hər şey bizim şəxsi məsuliyyətimizdən asılıdır. Fərdi səviyyədə bu, sosial məsafənin qorunmasından və maskalarla ünsiyyətdə olmaqdan ibarətdir. Amma bu gün küçədə maskasız söhbət edən insanlar görürəm, guya ki, heç nə baş verməyib”.

Bununla yanaşı, baş nazir əhaliyə səslənir ki, bütün tələblərə əməl etsinlər, o cümlədən qapalı yerlərdə maska gəzdirmək, həmçinin dəfn mərasimi qaydalarına da.

“Hamı cərimələnəcək, sonra deməyin ki, sosial şəraitiniz pisdir və ödəyə bilmirsiniz. Əgər şəraitiniz pisdirsə onda qaydalara əməl edin”.

Ermənistanda koronavirusa yoluxma halları 5000-i keçib, amma ölkədə bir çox məhdudiyyətlər ləğv olunub, o cümlədən ictimai nəqliyyatın və qida obyektlərinin fəaliyyətləri yenilənib.

Bu günə, mayın 20-nə olan məlumatlara görə Ermənistanda daha 230 yeni yoluxma halı müşahidə olunub. Ermənistanın Səhiyyə naziri Arsen Torosyanın bildirdiyinə görə artmaqda olan statistikanı nəzərə alaraq, tibbi müəssisələrdə çarpayıların məqsədyönlü istifadə edilməsi üçün simptomu olmayan pasiyentlər poliklinika həkimlərinin tövsiyələrinə görə evlərində qalacaqlar.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google