Avropa Birliyi Ruruanın azad olunmasını gözləyir – avroparlamentar
Avropa Parlamentinin “Avropanın Xalq Partiyasın”dan olan üzvü Anjei Palicki bildirib ki, Gürcüstanla əməkdaşlığı davam etdirmək üçün Avropa Birliyi Qiorqi Ruruanın azad olunmasını gözləyir.

“Gürcüstanda siyasi məhbusların, Qiqi Uqulavanın və İrakli Okruaşvilinin əfv edilməsi yaxşı xəbərdir. Yarı yolda dayanmaq nəyə lazımdır? Qiorqi Rurua siyasi səbəblərə görə yenə də həbsxanadadır. Avropa Birliyi onun azad olunmasını gözləyir ki, Avropa Birliyi – Gürcüstan münasibətlərinə davam edə bilək”, – deyə avroparlamentar Twitter-də yazıb. 

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google