Hamiləlik, doğum və uşağa qulluğa, həmçinin yeni doğulan körpəni övladlığa götürməyə görə məzuniyyətdə olan və koronavirus pandemiyasına görə işini itirən şəxslər kompensasiya alacaqlar

Hamiləlik, doğum və uşağa qulluğa, həmçinin yeni doğulan körpəni övladlığa götürməyə görə məzuniyyətdə olan, amma koronavirus pandemiyasına görə işini itirən şəxslər kompensasiya alacaqlar bu haqda hökumətin 314-cü qərarında qeyd olunub.


Qərara əsasən, haqqında yuxarıda qeyd olunan şəxslərə bu proqramın qüvvəyə minməsindən 6 ay müddətində hər aya görə 200 lari məbləğində kompensasiya müəyyən olunub.

Həmçinin, sənədə görə, bu şəxs 2020-ci ilin ilk üç ayından heç olmasa birində məvacib almış olmalıdır. Həmçinin, iş müqaviləsinin 2020-ci ilin 1 iyun tarixinədək dayandırıldığı/sona çatdığı və məvacib almadığını göstərməlidir.

Qərara əsasən, işlə təmin olunan şəxs haqqında olan məlumatları işəgötürən təsdiq etməlidir.

Kompensasiya İşlə Təmin Etmə Agentliyi tərəfindən bank yolu ilə ödənəcək və kompensasiyanı alacaq şəxsin məvacibi ala bilmədiyi aydan sonrakı ay başlayaraq hər ayın 30-dək bu pul köçəcək. Bununla yanaşı, mayın 21-dən 30-u da daxil olmaqla təqdim olunan məlumatlara görə, kompensasiya ən geci növbəti ayın 10-dək köçürüləcək.

“İşəgötürən bu maddənin birinci hissəsi ilə müəyyən olunmuş vaxtda ərizəni təqdim etməyən və ya səhv təqdim olunan ərizələr halında müraciəti müvafiq ayın 20-dək, mayda isə əlavə olaraq 30-dək etməyə səlahiyyətlidir”, - deyə qərarda bildirilir.

Qərar artıq qüvvəyə minib və mayın 5-dən sonra yaranan əmək münasibətlərinə aiddir.

 

 

Print Email
FaceBook Twitter Google