Gürcüstan və Azərbaycan XİN başçıları telefon danışığı aparıblar
Gürcüstan və Azərbaycanın xarici işlər nazirləri – Davit Zalkaliani və Elmar Məmmədyarov arasında telefon danışığı baş tutub.

Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Söhbət zamanı hər iki ölkədə koronavirus pandemiyası ilə bağlı vəziyyət müzakirə olunub və bu çətin dövrdə qarşılıqlı formada göstərilən dəstəyə görə minnətdarlıq ifadə olunub.

XİN başçıları strateji tərəfdaşlığa əsaslanan ikitərəfli münasibətlərlə bağlı cari məsələləri, iqtisadi əməkdaşlıq, nəqliyyat və energetika sahələrində həyata keçirilən regional layihələri nəzərdən keçiriblər.

Nazirlər Gürcüstan və Azərbaycan xalqları arasında dostluq münasibətlərini vurğulayaraq, bir-birilərini Gürcüstanda mayın 26-da qeyd olunan Müstəqillik Günü və Azərbaycanda mayın 28-də qeyd edilən Respublika Günü münasibətilə təbrik ediblər.

Mənbə: NewsBureau
Print Email
FaceBook Twitter Google