Pakistanda təyyarə qəzası nəticəsində azı 90 nəfər ölüb - VİDEO
00:15 / 23.05.2020
“Pakistan Beynəlxalq Hava Yolları”na məxsus təyyarənin Kəraçi şəhər
aeroportu yaxınlığında qəzaya uğraması nəticəsində azı 90 nəfər
ölüb.
“Marneuli” radious APA-ya istinadən xəbər verir ki, bu barədə “Bol
news” telekanalı məlumat yayıb.
“Federal Aviasiya naziri Qulam Sərvər Xan “Pakistan
Beynəlxalq Hava Yolları”na məxsus təyyarənin Kəraçi aeroportu
yaxınlığında qəzaya uğraması nəticəsində azı 90 nəfərin öldüyünü
təsdiqləyib”, - deyə telekanal bildirib.
Telekanal, həmçinin qeyd edib ki, aviaqəza nəticəsində beş ev və
bir neçə avtomobil də məhv olub.
Pakistanın Mülki Aviasiya İdarəsinin nümayəndəsinin məlumatına
görə, qəzaya uğrayan təyyarənin göyərtəsində 91 sərnişin və 7
ekipaj üzvü olub. İnsidentdən sonra azı iki nəfərin sağ qaldığı,
təyyarənin düşdüyü evlərdə bir neçə nəfərin də xəsarət aldığı qeyd
olunur.