İctimai nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət iyulun 15-dək davam edəcək
İctimai nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət iyulun 15-dək davam edəcək. Müvafiq qərar Gürcüstan hökumətinin 322 saylı qərarında göstərilib.

Dayandırılır:
  • Dəmiryol nəqliyyatı ilə sərnişinlərin daşınması (bu halda yalnız yük daşımalarının maneəsiz həyata keçirilməsi üçün Qurumlararası Şura yanında mövcud Operativ Qərargahla razılaşdırılmış, “Gürcüstan dəmiryolu” SC tərəfindən işlənmiş qrafik üzrə əməkdaşların evlərindən iş yerlərinə və iş yerlərindən evlərinə daşınmasına icazə verilir);
  • Şəhərlərarası və/və ya bələdiyyənin inzibati sərhədləri daxilində sərnişinlərin M2 və M3 kateqoriyaya aid olan nəqliyyat vasitələri ilə daşınması;
  • İctimai nəqliyyatla, o cümlədən metropoliten və kanat vasitəsilə hərəkət;
  • Ölkə daxilində sərnişinlərin daşınması məqsədilə müntəzəm hava reysləri; Qeyri-müntəzəm (çarter) uçuşları üçün müraciətlər fərdi şəkildə Mülki Aviasiya Agentliyi tərəfindən Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi ilə razılaşdırılmış şəkildə müzakirə olunacaq.
Mənbə: mtavari.tv
Print Email
FaceBook Twitter Google