Gürcüstanda koronavirusa yoluxma hallarının sayı 731-ə çatdı, daha 4 nəfər isə sağaldı
Gürcüstanda son 24 saat ərzində koronavirusa 1 yeni yoluxma halı aşkar olundu və yoluxanların sayı 731 nəfərə çatdı.

Bu barədə məlumat hökumət tərəfindən yaradılmış stopcov.ge saytında yayımlanıb. O cümlədən son 24 saat ərzində daha 4 nəfər sağalaraq, 526 nəfərə çatıb.

Saytda yayımlanan məlumata görə, hazırda 3076 nəfər karantin rejimində, 300 nəfər isə stasionar müşahidə altındadırlar. Xaricdən müalicə üçün gətirilən Gürcüstan vətəndaşların sayı isə 3 nəfərdir.

Hazırda ölkədə koronavirusdan müalicə alan 193 nəfər var.

Məlumat üçün qeyd edək ki, virusa yoluxmuş 731 nəfərdən 526 nəfəri artıq sağalıb, 12 nəfər isə dünyasını dəyişib.
Print