Gürcüstanda mayın 26-dək yağış yağacaq
Milli Ekologiya Agentliyinin verdiyi məlumata görə, mayın 26-dək havalar yağışlı keçəcək. Qurumdan bildiriblər ki, yaxın günlərdə bəzi yerlərdə güclü yağış yağacağı, şimşək çaxacağı gözlənilir, həmçinin dolu yağması ehtimalı var.

“Gözlənilən güclü yağışlar Gürcüstanın çaylarında suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına səbəb ola bilər. Kiçik çayların məcrasından çıxması mümkündür. Ölkənin dağlıq ərazilərində torpaq sürüşməsi hadisələrinin fəallaşması qeydə alına bilər”, – Milli Ekologiya Agentliyindən bildiriblər.

Meteo.gov.ge-nin məlumatına görə, Tbilisidə yaxın 4 gün ərzində hava proqnozu aşağıdakı kimidir:



Tbilisidə mayın 27-dək olan hava proqnozu

Şərqi Gürcüstana gəldikdə isə, Tbilisidə olduğu kimi, mayın 27-dək yağış yağacağı gözlənilir.



Şərqi Gürcüstanda mayın 27-dək yağış gözlənilir.

Həmçinin, Qərbi Gürcüstanda da yağış yağacağı ehtimal olunur:



Mayın 28-dək Şərqi Gürcüstan üzrə hava proqnozu


Mayın 28-dək Qərbi Gürcüstan üzrə hava proqnozu

Print Email
FaceBook Twitter Google