Kutaisidə atasını qəsdən öldürməsi ittihamı ilə bir nəfər saxlanılıb
Kutaisidə atasını qəsdən öldürmə ittihamı ilə bir nəfər saxlanılıb. Bu haqda məlumatı Daxili İşlər Nazirliyi yayıb.

Qurumun verdiyi məlumata görə, spirtli içkinin təsiri altında olan müttəhim, cari ilin 24 may tarixində Kutaisidə, Tbilisi küçəsində öz yaşadığı evin yaxınlığında qarşılıqlı mübahisə zəminində, soyuq silahla atasına bir neçə zərbə vurub. Verilən məlumatda bildirilir ki, yaralı şəxs təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb, yaralı şəxs xəstəxanada vəfat edib.

Nazirliyin bildirdiyinə görə, hüquq mühafizə orqanlarının əməkdaşları müttəhimi hadisədən bir neçə saat sonra Kutaisidə saxlayıblar.

Baş vermiş hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 11 prima 109-cu maddəsinin 2-ci hissəsinin “v” bəndi ilə istintaq başladılıb ki, bu da ailənin bir üzvü tərəfindən digər üzvünün amansızlıqla qəsdən adam öldürməni nəzərdə tutur və 13 ildən 17 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.



Mənbə: On
Print Email
FaceBook Twitter Google