2020-ci ilin yanvar-aprel aylarında Gürcüstana 8,261 milyon dollar
dəyərində 21 718 200 ton şəkər idxal olunub.
Milli Statistika Xidmətinin veb səhifəsində yayımlanmış məlumatlara
görə, bunlar arasında ən böyük hissəni Rusiyadan gətirilən şəkər
təşkil edir. Ən çox şəkər idxal olunan digər ölkələr isə Azərbaycan
və Polşadır.
- Rusiya - 11 703 ton
- Polşa - 8 145 ton
- Azərbaycan - 1 577 ton
2019-cu ilə gəldikdə isə, keçən il ölkəyə 50,346 milyon dollar
dəyərində 128 616 800 ton şəkər gətirilib. Ən çox şəkər idxal
olunan Polşa, Azərbaycan və Rusiya olub.
- Polşa - 40 800 ton
- Azərbaycan - 20 258 ton
- Rusiya - 19 056 ton