Gürcüstanın şəkər aldığı üç ölkə
2020-ci ilin yanvar-aprel aylarında Gürcüstana 8,261 milyon dollar dəyərində 21 718 200 ton şəkər idxal olunub. Milli Statistika Xidmətinin veb səhifəsində yayımlanmış məlumatlara görə, bunlar arasında ən böyük hissəni Rusiyadan gətirilən şəkər təşkil edir. Ən çox şəkər idxal olunan digər ölkələr isə Azərbaycan və Polşadır.
  • Rusiya - 11 703 ton
  • Polşa - 8 145 ton
  • Azərbaycan - 1 577 ton
2019-cu ilə gəldikdə isə, keçən il ölkəyə 50,346 milyon dollar dəyərində 128 616 800 ton şəkər gətirilib. Ən çox şəkər idxal olunan Polşa, Azərbaycan və Rusiya olub.
  • Polşa - 40 800 ton
  • Azərbaycan - 20 258 ton
  • Rusiya - 19 056 ton

Mənbə: BPN
Print