Külli miqdarda vergidən yayındığına görə 1 nəfər saxlanılıb
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində bir nəfər saxta vergi sənədləri hazırlama və istifadə etmə, külli miqdarda əmlaka ziyan vurma və külli miqdarda vergi ödəməkdən yayınma faktına görə saxlanılıb.

İstintaq Xidmətinin Bm.ge-yə verdiyi məlumata görə, istintaq nəticəsində aydın olub ki, təqsirləndirilən şəxs tabeliyində olan iki şirkət adından saxta vergi sənədləri hazırlama yolu ilə 390 000 lari dəyərində saxta şəkildə qum-çınqıl tədarük edərək, alıcı şirkətlərə qeyri-qanuni mal balansı və saxta ƏDV aktivi yaradaraq alıcı şirkətlər tərəfindən qanunsuz şəkildə alınmasını sənədləşdirib ki, bunun nəticəsində də dövlətə 22.881 lari məbləğində ziyan dəyib.

İstintaq zamanı, həmçinin müəyyən olundu ki, təqsirləndirilən şəxs, rəhbərlik etdiyi digər iki şirkətin adından sahibkarlıq fəaliyyəti həyata keçirərkən dövlət büdcəsinə vergi ödəməmək üçün gəlir və xərcləri dəqiq göstərməyib və bununla da dövlət büdcəsinə 275 380 lari ziyan vurub.

Cinayətdə iştirak etmiş digər şəxslərin müəyyən edilməsi və ifşa olunması istiqamətində də müvafiq tədbirlər görülür.

Faktla bağlı Cinayət Məcəlləsinin 210-cu maddəsinin ikinci hissəsi, 185-ci maddəsinin üçüncü hissəsi və 218-ci maddəsinin ikinci hissəsi ilə istintaq davam etdirilir ki, bu da 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Print Email
FaceBook Twitter Google